Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yasamal Hospitalın yanında yerləşən 9 mərtəbəli Leninqrad layihəli binanın 9-cu mərtəbəsində mənzil satılır. Mənzilin ümumi sahəsi 65 kv.m-dir, qanuni 2 otaqlıdır. Mənzil yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Binada qaz, su, işıq daimidir. İstilik sistemi mərkəzidir. Binanın yaxınlığında market, məktəb, bağça və digər zəruri obyektlər yerləşir. Nəqliyyat baxımından əlverişli ərazidədir — İnşaatçılar və 20 Yanvar metrolarına 7–8 dəqiqəlik məsafədədir. HomeVision şirkəti daşınmaz əmlakın alışı, satışı və icarəsi ilə bağlı müxtəlif xidmətlər təqdim edir və hər bir müştəriyə fərdi yanaşma ilə xidmət göstərir.