3 Otaq, Evlər/Villalar, Xəzər r., Binə q., 108.00 m²

119 500 AZN

‼‼‼ QEYD: Hazır ipoteka deyil. Evi almaq istəyən şəxs dövlət ipotekası üçün BANKA və ya FONDA müraciət etməlidir, aylıq ödənişlər banka ödənilir. İlkin və aylıq ödəniş təxminən aşağıdakı kimi hesablanacaq. İlkin ödəniş 15% üzərindən hesablanıb.

İlkin ödəniş: 17 925.00 AZN
Aylıq ödəniş: 784.00 AZN
Kredit müddəti: 25 il

Təcili satılır – Əla təmirli, Tam Kupçalı, Əşyalı, Hazır gir yaşa ev!

Binə qəsəbəsi, Nadir Şah Avşar küçəsi, 326 nömrəli məktəbin yaxınlığında, 3.5 sot torpaq sahəsində yerləşən, 108 kv.m sahəyə malik, 3 otaqlı, yerdən kürsülü, tam təmirli həyət evi satılır.

Yaşayış üçün tam hazır, modern və geniş həyət evi. Həm ailələr, həm də sakit və rahat həyat arzulayanlar üçün mükəmməl seçimdir.

Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunub, heç bir detalda qənaət edilməyib.

Su, qaz, işıq, fiber-optik internet, telefon, təhlükəsizlik kameraları, kombi sistemi, kondisioner, ehtiyat 10 tonluq su çəni, seyf qapı, mətbəx mebeli, mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcuddur. Geniş qonaq otağı, 2 yataq otağı, tam təchiz olunmuş mətbəx, dəhliz və biri evin içində, digəri həyətdə olmaqla 2 sanuzel var.

Ümumi istilik və səs izolyasiyası təmin edilib (divarlar, tavan və döşəmə hərtərəfli izolyasiya olunub). Bütün pəncərələr ikiqat şüşəli və reşotkalıdır.

Həyət genişdir və tam izolyasiya olunub, qonşular tərəfindən görünmür. Həyətdə manqal çardağı tam təchizatlı təhvil verilir. Həyətin hər yerinə su və elektrik xətləri çəkilib. Həyətdə geniş depo otağı, bütün gərəkli ev alətləri ilə birlikdə verilir.

Yeni məişət texnikası və bütün əşyalar qiymətə daxildir
(No-Frost soyuducu, A++ 7 kq paltaryuyan, kondisioner, dolablar, masalar, xalılar və s.)

Evin tam kupçası (çıxarışı) və bütün sənədləri qaydasındadır. İpotekaya yararlıdır.
Makler evi deyil.

Evə gedən bütün yollar asfaltlanıb; məktəb və bağça piyada məsafəsində yerləşir; yaxınlıqda bütün gərəkli infrastruktur və iaşə obyektləri mövcuddur.

Əlavə məlumat üçün zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Xarakteristika

Ümumi sahə
108.00 m²
Mərtəbə
1/1
Otaq sayı
3
Sənədin tipi
Çıxarış (Kupça)
İpoteka
Dövlət ipotekası
Adi ipoteka
İlkin ödəniş
17 925.00 AZN
Aylıq ödəniş
784.00 AZN
Kredit müddəti
25 il
Güzəştli ipoteka
İlkin ödəniş
11 950.00 AZN
Aylıq ödəniş
568.00 AZN
Kredit müddəti
25 il
Təmir
Əla
Rauf ( Mülkiyyətçi )
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
138044
Yeniləndi
25.07.2025
Baxış sayı
140

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

Populyar Axtarışlar