Mərtəbə
Sahə
Otaq
Sənəd
10/6
110.00 m²
3
Çıxarış (Kupça)

3 Otaq, Yeni tikili, Abşeron r., Məhəmmədli q., 110.00 m²

60 000 AZN

Xaiş olunur whatsapp üzərindən əlaqə saxlayasız!!! Bakı Müasir yaşayış kompleksində, 10 mərtəbəli binanın 6-cı mərtəbəsində yeni elit, sakit binada qanuni 3 otaqlı 110 kv.m sahəli mənzil satılır. 2 yataq otağı, 1 zal və 1 mətbəx.2 ədəd balkonu var. Mənzildə 2 ədəd Hamam-tualet var, biri yataq otağında, digəri isə ümumi istifadə üçün. Və əlavə paltaryuyan və digər məqsədlər üçün balaca bir otaq da var. Mənzil tam təmirlidir, gir-yaşa mənzildir. Təmirdən sonra az yaşayış olub. Qaz, su, işıq xətləri və sayğacları, kombi sistemi və otaqlara ratoatorlar quraşdırılıb, hər biri işlək vəziyyətdədir. İnteryer müasir dəbə uyğun təmir edilmişdir. Mənzilin hamamında duş kabina yerləşdirilmişdir. Yeni alınmış mebellər, yeni mətbəx mebeli, soyuducu, 109 ekran smart Televizor, paltaryuyan, pərdələr, yəni bütün əşyalarla bir yerdə satılır. Kondisioner yoxdur bir tək. Mənzil əsas prospektə baxır, önündə bina yoxdur yəni. Binanın həyəti təmiz, səliqəlidir. Maşınların saxlanılması üçün hər binanın qarşısından parking yerləri ayrılmışdır.
Düz yaxınlıqda sürət qatarı, avtobus (marşrut) xətləri – bütün nəqliyyat infrastrukturu mövcuddur. Məmmədli dəmir yolu stansiyasından 28 MAY stansiyasına sürət qatarı ilə cəmi 20 dəqiqəlik yoldur. Binanın həyətində böyük supermarket, geniş ailəvi restoran, yaxınlıqda isə bağça, məktəb yerləşir. Bina yay aylarında əlverişli olan Pirşağı, Nardaran çimərliklərinə gedən trasın üstündə yerləşir.
 İlkin ödəniş 60.000 AZN. Hal-hazırda 4% faizli ipotekadır. Aylıq ödəniş 774 AZN. 23 il ödənişi qalıb. Maraqlı olan şəxslərə videogörüntü ata bilərəm. Şəkillər təmirdən sonra çəkilib. Rəsmi maaş alan (600-1000 azn arası, çox olsa ziyanı yoxdu) şəxslər ala bilər.Mənzilin ÇIXARIŞI (KUPÇASI) var.
İlkin ödənişdə endirim olacaq.
Xaiş olunur whatsapp üzərindən əlaqə saxlayasız.
Makler deyiləm, ev sahibiyəm. Müştərisi olan makler müraciət edə bilər, ancaq maklerlərlə işləmirəm.
Bakı, Bakı Müasir Yaşayış Kompleksi Abşeron r. Məmmədli q.

Xarakteristika

İpoteka
Hazır kredit
Hazır kredit
Ev sahibinə çatacaq məbləğ
60 000.00 AZN
Banka qalan borc
13 000.00 AZN
Müddət (ay)
276 ay
Aylıq ödəniş
774.00 AZN
Təmir
Yaxşı
Üzeyir Hacızadə ( Mülkiyyətçi )
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
139655
Yeniləndi
20.08.2025
Baxış sayı
114

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

Populyar Axtarışlar