Nəsimi rayonu, Tibb universitetinin düz yanında, yeni tikili, 20 mərtəbəli binanın 19-cu mərtəbəsində, ümumi sahəsi 104 kv/m olan, 3 otaqlı (2-dən 3-ə düzəlmə), yeni təmirli və əşyalı mənzil satılır. Sənəd Müqavilədir. 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, 1 eyvan və 2 sanitar qovşaqdan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistemi kombidir. Bina infrastruktur cəhətdən çox əlverişli yerləşmədədir. Şəhərin daim hərəkətli, əhatəsində çox sayda marketlərin (altında Bravo market), iaşə obyektlərinin, xəstəxanaların, baxça, məktəb və universitetlərin olduğu nöqtədə yerləşir. 28 May, Gənclik metrolarına qısa məsafədədir. Binanın 2 sürətli lifti, həyətində avtomobil üçün geniş parklanma mövcuddur. Mənzilə baxış, ətraflı məlumat və digər əmlaklar üçün əlaqə saxlaya bilərsiniz.