Yeni Yasamal, Şərur MTK-a məxsus olan, yeni tikili, 21 mərtəbəli binanın 18-ci mərtəbəsində, ümumi sahəsi 52 kv/m (sənəddə 42 kv/m) olan, 2 otaqlı (1-dən 2-ə düzəlmə) mənzil satılır. Sənəd (KUPÇA) Çıxarışdır. İpotekaya yararlıdır. 1 qonaq otağı, 1 yataq otağı, 1 mətbəx, eyvan və 1 sanitar qovşaqdan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistemi kombidir. İnşaatçılar metrosuna qısa məsafədədir. İnfrastuktur cəhətdən əhatəsində məktəb, bağça, marketlər, bir çox iaşə obyektləri və s. var. Binanın sürətli lifti, geniş həyəti, parklanması mövcuddur. Mənzilə baxış, ətraflı məlumat və digər əmlaklar üçün əlaqə saxlaya bilərsiniz.