İpotekaya mənzil axtaranlar üçün əla təklif!
Nizami ray, Xalqlar Dostluğu .st, Bəhruz Nuruyev küçəsində yerləşən, Leninqrad proyektli, 9 mərtəbəli binanın 5-cimərtəbəsində, ümumi sahəsi 60 kv.m təşkil edən, qanuni 2 otaqlı mənzil satılır. Mənzilin təmiri ortadır. Sadəcə kosmetik təmirə ehtiyac var. Hər iki otaq işıqlı, gün görən və genişdir. Həmçinin hər iki otağın eyvana çıxışı var. Otaqların girişi ayrı-ayrıdır. Hamam otağı və sanitar qovşağı ayrı-arıdır. Qaz, su, işıq, internet, bir sözlə bütün kommunallar mövcutdur. İstilik sistemi mərkəzidir. Sənədi (KUPÇA) Çıxarışdır. İpotekaya yararlı mənzildir. Binanın lifti işləyir. Geniş və abad məhəlləsi, mehriban qonşuları var. Bina infrastruktur baxımdan çox ideal ərazidə yerləşir. Yaxınlığında avtobus dayanacağı, məktəb, bağça, park, bazar, marketlər və s. digər iaşə obyektləri mövcutdur.
Mənzil ilə bağlı əlavə sualı olanlar və ya mənzilə yerində baxış etmək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər.
Şirkətin xidmət haqqı, mənzilin ümumi dəyərinin 1%-ini təşkil edir.
