Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığı, Movida Plaza restoranının yanında, yeni tikili, 17 mərtəbəli binanın 2-ci (yaşayışın 1-ci) mərtəbəsində, ümumi sahəsi 66 kv/m olan, 2 otaqlı studio mənzil satışdadır. Sənəd (Kupça) Çıxarışdır. 4%-li hazır ipotekadadır – 105000 AZN ilkin ödənişlə, 19 il 6 ay müddətinə ayda 581 AZN ödəməklə mənzilə sahib ola bilərsiniz. Qalıq borc – 90000 AZN. İstəyə uyğun 190000 AZN nağd qiymətlə də satıla bilər. Əşyasız şəkildə satılır. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir. Həm Əhmədli, həm də Həzi Aslanov metrostansiyasına qısa məsafədə yerləşir.
