Binəqədi rayonu, Dərnəgül və Azadlıq metrosu yaxınlığı, “West Town” yaşayış kompleksinə məxsus, yeni tikili 14 mərtəbəli binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 65 kv/m olan, 1 otaqlı əla təmirli mənzil satışdadır. Sənəd (Kupça) Çıxarışdır. Hazır ipotekadadır: ilkin ödəniş – 65000 AZN, illik faiz dərəcəsi – 4%, müddət – 23 il (276 ay), aylıq ödəniş – 955 AZN. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir. Görünən bütün əşyalar mənzildə qalacaq, heç nə götürülməyəcək. West Town yaşayış kompleksi müasir tikinti keyfiyyəti və rahat planlaşdırması ilə seçilir. Kompleks əlverişli ərazidə yerləşir, əsas yollara çıxışı rahatdır. Geniş həyəti, yaşıllıq zonası və parking imkanları sakinlərin komfortunu təmin edir. Təhlükəsizlik sistemi 24/7 fəaliyyət göstərir. Kompleks daxilində market və digər gündəlik obyektlərlə yanaşı, Landau School fəaliyyət göstərir ki, bu da ailələr üçün əlavə üstünlük yaradır. Kommunikasiya xətləri tam təmin olunub.
