Abşeron rayonu, Yeni Bakı yaşayış kompleksinin arxasında (həyət evləri) yerləşən 2 mərtəbəli, 4 otaqlı həyət evi / villa satılır. Qiyməti 210 000 AZN-dir. Həm evin, həm də torpağın çıxarışı (kupça) var, şəxsi evdir.
Ümumi sahəsi 160 m², torpaq sahəsi 3 sotdur. Ev 8 daş kürsülüdür, mərtəbələr arası və dam beton monolitdir. Birinci mərtəbə geniş zal, mətbəx və sanitar qovşaqdan, ikinci mərtəbə isə 3 yataq otağı və sanitar qovşaqdan ibarətdir. Birinci mərtəbə və sanitar qovşaqlar isti döşəmə (isti pol) ilə təchiz olunub.
İstilik sistemi kombidir. Evdə kondisioner, mətbəx mebeli, seyf qapı, PVC pəncərələr, balkon, kamera və domofon sistemi, həmçinin əlavə 2 tonluq su çəni quraşdırılıb. Qaz, su, işıq, mərkəzi kanalizasiya sistemi, telefon və kabel TV mövcuddur.…
