Bu ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 125 milyon manat məbləğində kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.7% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1.1% artaraq 71.4 milyon manata çatıb.
Ötən üç ayda İKZF istiqraz buraxmaqla 200 milyon manat vəsait cəlb edib ki, bu da bir il əvvələ nisbətən 42.9% çoxdur. İl ərzində fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 94.5% artaraq 42.6 milyon manata çatıb.