Obyektlərin sənədləşdirilməsi ilə bağlı qaydalarda dəyişiklik var?

Qeyri-yaşayış təyinatlı bəzi tikili obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanının icra müddəti başa çatıb. Fərmanın müddətinin uzadılması da nəzərdə tutulmayıb.

Hazırda və ya əvvəlki dövrlərdə inşa edilmiş obyektlərin sənədləşdirilməsi prosesinin artıq hansı qaydada icra edildiyi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə 
sorğu ünvanladıq.

Sorğuya cavab olaraq bildirilib ki, hazırda və ya əvvəlki dövrlərdə inşa edilmiş obyektlərin sənədləşdirilməsi məsələləri qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri ilə tənzimlənir.

Açıqlamada qeyd olunub ki, qanunvericiliyə uyğun qaydada müvafiq icazələr alınmaqla, zəruri razılaşdırmalar aparılmaqla və normativ tələblərə tam riayət edilməklə inşa edilmiş qeyri-yaşayış təyinatlı binaların sənədləşdirilməsi fərmandan asılı olmayaraq ümumi qaydada təmin edilir:

"Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl olunmadan inşa edilmiş obyektlərə münasibətdə isə 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman istisna mexanizmi kimi bu istiqamətdə əlavə tədbirlərə imkan yaratmışdı. Sözügedən fərmanın icra müddəti müvafiq qaydada bir dəfə uzadılıb, lakin hazırda başa çatıb. Bundan sonrakı dövrdə sənədləşdirmə prosesi yalnız mövcud qanunvericiliyin ümumi tələblərinə uyğun şəkildə həyata keçiriləcək". / o
xu.az