Mənzil qiymətləri artır, kirayə gəlirliliyi azalır – Mərkəzi Bankdan yeni hesabat. Azərbaycanda mənzil alıb kirayəyə verənlərin qazancının geri dönüş müddəti uzanır – 23 ilə çatıb.
Mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən 2026-cı ilin iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 23 il olmasını şərtləndirir.
Bu, 2026-cı ilin 1-ci yarısının sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə kapitalizasiya müddətində 2.1 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımı fonunda kirayə qiymətlərinin nisbətən azalması ilə izah olunur.